27.06.2019 "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Birinci  oxunuş

Layihə


"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Reklam haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 17-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 417; 2004, № 10, maddə 781; 2007, № 6, maddə 561; 2011, № 2, maddə 70; 2017, № 1, maddə 4, № 7, maddə 1284) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.0.8-ci maddədən "sənaye üsulu ilə müvafiq standartlara uyğun hazırlanan," sözləri çıxarılsın;

1.1.2. 1.0.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.11-ci maddə əlavə edilsin:

"1.0.11. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar .";

1.2. 2-ci maddəyə "bu Qanundan," sözlərindən sonra "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunundan," sözləri əlavə edilsin;

1.3. 7-ci maddə üzrə:

1.3.1. 7.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"7.1. Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması, daşınması və satış şərtləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan qaydalarına cavab verməlidir.";

1.3.2. 7.2-ci maddə ləğv edilsin;

1.3.3. 7.3-cu maddəyə "informasiyalar" sözündən sonra "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsidən irəli gələrək" sözləri əlavə edilsin;

1.3.4. 7.3.6-cı maddəyə "müddəti" sözündən sonra "və istehsal tarixi" sözləri əlavə edilsin;

1.3.5. 7.3.9-cu maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.3.10-7.3.11-ci maddələr əlavə edilsin:

"7.3.10. məhsulun adı və növü;

7.3.11. məhsulun miqdarı (çəkisi).";

1.4. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 8. Süni qida məhsullarının istehsalı və idxalı

8.1. Azərbaycan Respublikasında süni qida məhsulları istehsalçılarının fəaliyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır, məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır.

8.2. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış və ya qida təhlükəsizliyi sertifikatı verilməmiş süni qida məhsulları Azərbaycan Respublikasına idxal edilə bilməz.

8.3. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında süni qida məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.";

1.5. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 9. Süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti

Süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.".

1.6. 10-cu maddə üzrə:

1.6.1. 10.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"10.7. "Yeyinti məhsuları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən süni qida məhsullarının istehsalçıları və ya idxalçıları qida təhlükəsizliyi qeydiyyatına alındıqda və ya qida təhlükəsizliyi qeydiyyatından keçməyən idxalçının məhsulu qida təhlükəsizliyi sertifikatına malik olduqda, həmin məhsulların reklamına icazə verilir. Reklamda istehsalçının qida təhlükəsizliyi qeydiyyatı və ya qida təhlükəsizliyi sertifikatının nömrəsi, verilməsi tarixi və onu verən orqanın adı göstərilməlidir.";

1.6.2. 10.10-cu maddədə "gigiyenik və mənşə sertifikatının" sözləri "mənşə, qida təhlükəsizliyi sertifikatlarının, subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın," sözləri ilə əvəz edilsin.

Maddə 2. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700; 2013, № 3, maddə 206, № 11, maddə 1293; 2014, № 11, maddə 1367; 2016, № 7, maddə 1238; 2017, № 5, maddə 714) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Preambulada, 1.1.1 - 1.1.5-ci, 1.1.7-ci (hər iki halda), 3.0.1-ci, 3.0.5-ci,   5.0.1-ci, 5.0.14-cü, 5.0.15-ci, 6.0.5-ci, 6.0.6-cı, 6.0.9-cu, 9.1-ci, 10.6-cı, 11.1-ci, 12.2.1-ci, 15.1-ci, 15.2-ci, 15.4-cü, 15.6-cı,   16.1-ci, 16.3-cü, 16.4-cü, 16.5-ci (hər iki halda), 16.6-cı,   16.7-ci, 16.7.6-cı, 16.8 - 16.9-cu, 17.1 - 17.6-cı, 18.1-18.3-cü, 18.3.1-ci, 18.4-cü, 23-cü maddələrdə, 9.4-cü maddənin birinci cümləsində, IV fəslin və 15-ci, 16-cı, 17-ci, 18-ci maddələrin adında "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin;

2.2. 1-ci maddə üzrə:

2.2.1. 1.1.4-cü maddədə "müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş" sözləri "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda müəyyən edilmiş" sözləri ilə əvəz edilsin;

2.2.2. 1.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"1.1.6. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar -"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş  texniki normativ hüquqi aktlar;";

2.3. 2.1-ci maddədən "Standartlaşdırma haqqında," sözləri çıxarılsın;

2.4. 5-ci maddə üzrə:

2.4.1. 5.0.1-ci maddədə "reqlamentləşdirən" sözü "tənzimləyən" sözü ilə əvəz edilsin və həmin maddədən"və normativlər" sözləri çıxarılsın;

2.4.2. 5.0.3-cü maddəyə "mövcud olan" sözlərindən sonra "texniki" sözü əlavə edilsin;

2.4.3. 5.0.6-cı maddədən "və normativlərin" sözləri çıxarılsın;

2.4.4. 5.0.14-cü maddədən ", onların attestasiyasının həyata keçirilməsinə və müvafiq uyğunluq sertifikatlarının verilməsinə nəzarət etmək" sözləri çıxarılsın;

2.4.5. aşağıdakı məzmunda 5.0.14-1-ci maddə əlavə edilsin:

"5.0.14-1. "Yeyinti məhsulları haqqında" Azərbayacan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair texniki normativ hüquqi aktların (habelə onların təkmilləşdirilməsinin) işlənilməsini və təsdiq edilməsini həyata keçirmək;";

2.5. 5.0.2-ci, 6.0.7-ci, 11.2-ci, 13-cü, 14-cü, 15.5-ci, 16.10-cu və 18.3.2-ci maddələr ləğv edilsin;

2.6. 6.0.6-cı maddədə "beynəlxalq və milli standartlarda" sözləri "beynəlxalq standartlarda və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda" sözləri ilə əvəz edilsin;

2.7. 11-ci maddə üzrə:

2.7.1. 11.1-ci maddədən "standartlara," sözü çıxarılsın və həmin maddədə "olmasını təsdiq edən müvafiq sənəd (sertifikat) verilir" sözləri "qida təhlükəsizliyi qeydiyyatına alınır" sözləri ilə əvəz edilsin;

2.7.2. 11.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"11.3. Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə uyğun olaraq həyata keçirilir.";

2.8. 15-ci maddə üzrə:

2.8.1. 15.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"15.3. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal olunmuş və ya məhsullarına qida təhlükəsizliyi sertifikatı verilmiş ekoloji təmiz kənd təsərrüfatı və qida məhsulları ekoloji təmiz məhsul kimi satışa çıxarıla bilər.";

2.8.2. 15.6-cı maddədən "milli və" sözləri çıxarılsın və həmin maddəyə "standartların" sözündən sonra "və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların" sözləri əlavə edilsin;

2.9. 16-cı maddə üzrə:

2.9.1. 16.5-ci maddədə "bu məhsulların standartlarına" sözləri "qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə" sözləri ilə əvəz edilsin;

2.9.2. 16.7-ci maddənin birinci cümləsində "müvafiq normativ hüquqi aktlara" sözləri "qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə" sözləri ilə əvəz edilsin;

2.9.3. 16.7.6-cı maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 16.7.7-ci- 16.7.9-cu maddələr əlavə edilsin:

"16.7.7. məhsulun adı, növü, tərkibi miqdarı (çəkisi), qida dəyərliliyi;

16.7.8. məhsulun istifadə sahəsi və qaydaları;

16.7.9. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar.";

2.10. 18-ci maddə üzrə:

2.10.1. 18.2-ci maddədə "belə məhsulların dövriyyəsi ilə məşğul olmağını təsdiq edən müvafiq sənəd (sertifikat)" sözləri "qida təhlükəsizliyi qeydiyyatına alınmış və ya məhsullarına qida təhlükəsizliyi sertifikatı" sözləri ilə əvəz edilsin;

2.10.2. 18.3.1-ci maddədə "bu sahədə qüvvədə olan milli və beynəlxalq standartların" sözləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin;

2.10.3. 18.3.4-cü maddədə "keyfiyyət" sözü "qida təhlükəsizliyi" sözləri ilə əvəz edilsin;

2.10.4. aşağıdakı məzmunda 18.3-1-ci maddə  əlavə edilsin:

"18.3.-1. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.".

Maddə 3. "Arıçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 208; 2011, № 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.13-cü maddə əlavə edilsin:

"1.0.13. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar - "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən edilmiş  texniki normativ hüquqi aktlar.";

3.2. 2-ci maddəyə "Heyvanlar aləmi haqqında" sözlərindən sonra ","Yeyinti məhsulları haqqında" sözləri əlavə edilsin;

3.3. 5-ci maddə üzrə:

3.3.1. 5.0.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"5.0.2. arıçılıq məhsulları, arıçılıqda istifadə olunan avadanlıq və vasitələrlə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktları təsdiq etmək, baytarlıq nəzarətini həyata keçirmək (baytarlıq şəhadətnaməsini vermək), qanunla müəyyən edilən hallarda arıçılıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatına almaq, arıçılıqla məşğul olan ailə kəndli təsərrüfatlarında istehsal olunan məhsullara dair gigiyena normativlərini təsdiq etmək;";

3.3.2. 5.0.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

"5.0.5. "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq arıçılıq təsərrüfatlarının qeydiyyatını həyata keçirmək;";

3.4. 5.0.12-ci, 15.4-cü, 19.1-ci, 19.3-cü, 19.4-cü və 19.6-cı maddələr ləğv edilsin

3.5. 6-cı maddə üzrə:

3.5.1. 6.1-ci maddədə "keyfiyyətli" sözü "minimum keyfiyyəti qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən" sözləri ilə əvəz edilsin;

3.5.2. aşağıdakı məzmunda 6.5-ci maddə əlavə edilsin:

"6.5. Arıçılıq məhsullarının minimum keyfiyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) həyata keçirir.";

3.6. 9-cu maddə üzrə:

3.6.1. 9.1-ci maddədən "arıçılıq məhsullarının dövriyyəsi ilə məşğul olmaq," sözləri çıxarılsın;

3.6.2. 9.2-ci maddədə "müvafiq qanunvericiliyin, o cümlədən arıçılığa dair normativ sənədlərin tələblərinə, baytarlıq (baytarlıq-sanitariya) qaydalarına" sözləri "bu Qanunun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə" sözləri ilə əvəz edilsin;

3.7. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 10. Arıçılıq təsərrüfatlarının qeydiyyatı

Arıçılıq təsərrüfatlarının qeydiyyatı "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq həyata keçirilir.";

3.8. 15-ci maddə üzrə:

3.8.1. adından "və uçotu" sözləri çıxarılsın;

3.8.2. 15.5-ci maddədə "uçota" sözü "qeydiyyata" sözü ilə əvəz edilsin;

3.9. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 18. Arıçılıq məhsullarına dair tələblər

18.1. Azərbaycan Respublikasında arı ailələri və istehsal edilən arıçılıq məhsulları bu Qanunun 5.0.2-ci maddəsi ilə müəyyən edilən tələblərə uyğun olmaldır.

18.2. Azərbaycan Respublikasına idxal olunan arıçılıq məhsulları qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan arıçılıq məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda, həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur.

18.3. Arıçılıq məhsullarının sertifikatlaşdırılması həmin məhsulların baytarlıq şəhadətnaməsi olduqda aparılır.

18.4. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında arıçılıq məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.".

3.10. 19-cu maddə üzrə:

3.10.1. 19-cu maddənin adında "markalanması" sözü "etiketləşdirilməsi" sözü ilə əvəz edilsin;

3.10.2. 19.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"19.2. Arıçılıq məhsullarının qablaşdırılması və etiketləşdirilməsi "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.";

3.11. 20-ci maddə üzrə:

3.11.1. 20.5-ci maddənin ikinci cümləsində "müvafiq normativ texniki sənədlərin" sözləri "qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin;

3.11.2. 20.6-cı maddənin üçüncü cümləsi çıxarılsın və həmin maddənin ikinci  cümləsi aşağıdakı redaksiyada verilsin:

"Süni yolla və ya başqa mallardan alınmış məhsulun təbii bal kimi dövriyyəyə daxil etməklə istehlakçıların hüquqlarının pozulmasında təqsirli bilinən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.";

3.11.3. 20.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.7. Azərbaycan Respublikasında qida təhlükəsizliyi qeydiyyatına alınmamış subyektlər tərəfindən istehsal edilmiş, mənşəyi və keyfiyyəti barədə sənədləri olmayan arıçılıq məhsullarının satışına yol verilmir.".

Maddə 4. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29; № 3, maddə 390; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1518-VQD nömrəli Qanunu) 30.6-cı maddəsində "gigiyenik və mənşə sertifikatının" sözləri "mənşə, qida təhlükəsizliyi sertifikatının və ya onların istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın" sözləri ilə əvəz edilsin.

Maddə 5. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157; 2017, № 5, maddə 722; 2018, № 6, maddə 1169; 2019, № 1, maddə 31) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 18.0.1-ci maddədən "yeyinti məhsullarının və" sözləri çıxarılsın və həmin maddəyə "qaydalarına" sözündən sonra ", yeyinti məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara" sözləri əlavə edilsin;

5.2. 19.2.3-cü maddədə "müvafiq standartların, texniki şərtlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin.


Azərbaycan Respublikasının Prezidenti




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi