13.06.2019 "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1567-VQD nömrəli və 3 may tarixli 1586-VQD nömrəli qanunları) 16.16.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı tərəfindən" sözləri "maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla" sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi