03.05.2019 "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7   (I kitab) maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50) aşağıdakı məzmunda 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilsin:
"1.1.2-1. müştərək sığorta - müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;
1.1.2-2. müştərək sığorta fondu - fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;";
"1.1.3-1. müştərək sığortaçı - müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı.".


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi