19.02.2019 "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Birinci oxunuş

Layihə


 "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Sığorta fəaliyyəti haqqında`` Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12, I kitab, maddə 2221; 2018, № 7, I kitab, maddə 1392) aşağıdakı dəyişikliklər edilsin:

1. 119.1.4-1-ci maddəyə "əmlakının`` sözündən sonra "ipoteka və ya`` sözləri və "kreditorların" sözündən sonra "bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş" sözləri əlavə edilsin.
2.   119.3-cü maddə üzrə:
2.1.  "əmlakının" sözündən sonra "ipoteka və ya" sözləri əlavə edilsin;
2.2.   aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1 -ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.".


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi