12.02.2019 "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

"Patent haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 64; 2009, № 12, maddə 951; 2012, № 7, maddə 644; 2013, № 3, maddə 211, № 12, maddə 1481; 2018, № 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"4.2. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələrini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.".

2. 32-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında, 4-cü hissəsində, 35-ci maddəsinin 2-ci hissəsinin ikinci abzasında ismin müvafiq hallarında "haqq" sözü ismin müvafiq hallarında "dövlət rüsumu" sözləri ilə əvəz edilsin.

3. 29-cu maddənin 6-cı hissəsində və 38-ci maddənin 1-ci hissəsində ismin müvafiq hallarında "rüsum" sözü ismin müvafiq hallarında "dövlət rüsumu" sözləri ilə əvəz edilsin.

4. 39.2-ci maddəyə "xidmətlərə" sözündən sonra "və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi