VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

13.02.2018 "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Energetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11 -ci bəndini rəhbər tutaraq qərara alır:
"Energetika haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, Ns 2, maddə 53; 2006, N° 8, maddə 657) aşağıdakı məzmunda 7-1 -ci maddə əlavə edilsin:
"Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq
Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
Azərbaycan Respublikasının Prezidenti