31.10.2017 "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununu "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 235, 237, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 6, maddə 396, № 10, maddələr 761, 779; 2007, № 5, maddə 442, № 10, maddə 938; 2008, № 8, maddə 695; 2009, № 6, maddə 398; 2014, № 10, maddə 1169; 2015, № 2, maddə 102; 2017, № 6, maddə 1022) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissədə "təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri" sözləri "təhlükəsizliyi sahəsində elmi tədqiqatları müvafiq elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.

2. Dördüncü hissədə "əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilir" sözləri "əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirir" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi