14.04.2017 "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında"  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472; 2001, № 3, maddə 148; 2002, № 5, maddə 238; 2003, № 4, maddə 178; 2004, № 2, maddə 57, № 4, maddə 201; 2008, № 2, maddə 47; 2009, № 10, maddə 769; 2013, № 3, maddə 209; 2014, №4, maddə 338, № 10, maddə 1152, Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 398-VQD nömrəli Qanunu) 21-ci maddəsinin birinci cümləsində "məhsulların, işlərin, xidmətlərin və fəaliyyətlərin standartlara və texniki tələblərə" sözləri "malın (xidmətin, işin), prosesin, idarəetmə  sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə" sözləri ilə əvəz edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi