07.03.2017 "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 382-VQD nömrəli Qanunu)  aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1.8-ci maddədə "müəyyən etdiyi yerlərdən kənarda" sözlərindən əvvəl "yaratdığı qurumun" sözləri əlavə edilsin.

2. 26.2-ci maddənin birinci cümləsində "orqanından" sözü "orqanının yaratdığı qurumdan" sözləri ilə və ikinci cümləsində  "orqanı" sözü "orqanının yaratdığı qurum" sözləri ilə əvəz edilsin.

3. 26.3-cü maddədə "müvafiq icra hakimiyyəti orqanının" sözlərindən sonra "və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi