Müntəzəm verilən suallar

 
Sual ver
 
 Vətəndaşların sualları
 

Sual:

Milli Məclisə Informasiya sorğusunu necə vermək olar?

Cavab:

İnformasiya əldə etmək haqqında qanununa görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
Sorğuçu informasiya sorğusunu 2 üsulla təqdim edə bilər
informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;
sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.
Vətəndaş (99412)-4989748 (1-44) nömrəli telefon vasitəsilə zəng edərək və ya (99412)-4989722 nömrəli faksla şifahi informasiya sorğusu verə bilər.
Yazılı sorğular aşağıdakı üsulla verilə bilər.
Azərbaycan Respublikasının Milli Məclisinə “Az 1152, Bakı şəhəri, Parlament prospekti 1” ünvana göndərilməklə.
Milli Məclisin internet səhifəsində “Sorğu” bölməsini seçməklə oradakı formanı doldurmaqla və ya internet@meclis.gov.az elektron poçtu vasitəsilə.

 

Sual:

Vətəndaş qəbula necə yazıla bilər?

Cavab:

Azərbaycan Respublikası Milli Məclisində Rəhbər vəzifəli şəxslərin qəbul cədvəli hər ayın axırıncı həftəsi “Azərbaycan”  qəzetində və Milli Məclisin rəsmi internet səhifəsində dərc olunur.
1.Şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Parlament prospekti 1 ünvanında, Milli Məclisin inzibati binasında yerləşən Azərbaycan Respublikası Milli Məclisinin Aparatının “Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə” yaxınlaşır. Qəbul cədvəlində nəzərdə tutulan tarixdə “vəzifəli şəxsin” qəbuluna düşmək üçün qeydiyyatdan keçir.
2.Milli Məclisin internet səhifəsində “Qəbul günləri” bölməsindən, qəbuluna düşmək istədiyi “vəzifəli şəxsi” müəyyən edir, “Qəbula yazıl” bölməsindən “Qəbula yazılmaq üçünü formanı” doldurur və qeydiyyatdan keçir.
(Bu halda da şəxsiyyət vəsiqəsinin nömrəsini dəqiq yazmaq zəruridir)

 

Sual:

Salam. Mənim sualım belədir. Milli Məclis aparatına inzibati vəzifəyə qəbul olunmaq üçün xüsusi imtahan vermək lazımdır yoxsa müsahibə yolu ilə qəbul olunur?

Cavab:

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.1, 28.2 və 29.1-ci maddəalərinə və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin Aparatına kadrların dövlət qulluğuna qəbulu müsahibə yolu ilə həyata keçirilir. Milli Məclisin Aparatına dövlət qulluğuna qəbul olunmaq üçün iddiaçıların müsahibəyə buraxılması yalnız Aparatın ştat cədvəli üzrə boş vəzifə olduqda aparılır.
Milli Məclisin Aparatının əsas vəzifəsi qanunvericilik hakimiyyətinin fəaliyyətinin təşkil və təmin edilməsindən ibarət olduğu üçün buraya yalnız ali təhsilli (əsasən hüquqşünas olan), normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların müvafiq ekspertizasının aparılmasında  böyük təcrübəyə, bacarığa və səriştəyə malik dövlətçiliyimizə sadiq yüksək intellektli, habelə müvafiq təşkilatı, texniki işlərin yerinə yetirilməsi üçün yetərincə idarəçilik təcrübəsi olan şəxslər buraxılırlar.

 
MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi