Aparat

Aparatın rəhbəri
Səfa Abbas oğlu MİRZƏYEV

1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur. MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin  Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilmişdir. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olmuşdur. 
1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilmiş, 2 ilə yaxın həmin vəzifədə çalışmışdır. 
1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir. 
1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak etmişdir. 
Yeni Azərbaycan Partiyasının üzvüdür. 
Evlidir, 2 övladı var. 
Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi