Kitabxana

Kitabxana

 Milli Məclisin kitabxanası 1997-ci ilin mart ayından fəaliyyət göstərir. Kitabxana Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə yaradılmışdır.
Kitabxananın kitab fondu 11 minə yaxın kitab və kitabçadan ibarətdir. Bunların təqribən 7 mini  Azərbaycan və türk dillərində, 4 minə qədəri rus dilindədir. Bundan əlavə, kitabxana abunə yazıldığı dövri mətbuatı oxucuların istifadəsinə vermişdir.
Kitabxana fondunun 80 faizini hüquqi ədəbiyyat, qanunvericilik aktları, sorğu ədəbiyyatı təşkil edir. Kitabxananın fondunda bədii ədəbiyyat nümunələri də vardır. Kitab fondu sahələr üzrə düzülmüşdür.
Parlament kitabxanası Milli Məclisin deputatlarına və aparatın əməkdaşlarına xidmət göstərir. Kitabxanaya daxil olan oxucu sorğuları araşdırılır və operativ yerinə yetirilir. Kitabxana il ərzində 1000-1200 oxucu sorğusuna cavab verir. Əlamətdar hadisələrlə əlaqədar kitabxanada kitab sərgiləri, stendlər təşkil olunur.
Kitabxananın oxu zalında oxucuların istifadəsinə verilən kompüterlər internet şəbəkəsinə qoşulmuşdur.
Parlament kitabxanası öz əlaqələrini daim genişləndirir. Kitabxana Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Tacikistan respublikalarının parlament kitabxanaları ilə rəsmi sənədlərin və çap məhsullarının mübadiləsini həyata keçirir.

 

 


Milli Məclis Aparatının
Redaksiya və nəşr işləri şöbəsinin
Kitabxana işinin təşkili sektorunun müdiri,
dövlət qulluğunun baş müşaviri                                                                                            M.Namazov

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi