Milli Məclisin Sədri

Tərcümeyi-hal

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Oqtay Sabir oğlu Əsədov

 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.

1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

Beynəlxalq Su Assosiasiyasının üzvüdür.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan  Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir.

MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında  Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Evlidir, 2 övladı var.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi